Ağsaqqallar Şurasının üzvləri Heydər Əliyevin məzarını ziyarət edib
14:09 – 14 İyun, 2018

Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov və şuranın üzvləri 15 iyun - Milli Qurtuluş Günü münasibətilə Fəxri Xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər.


APA TV-nin məlumatına görə, F.Heydərov jurnalistlərə bildirib ki, Milli Qurtuluş Günü Azərbaycanın müstəqilliyi baxımından həlledici gündür. O, Heydər Əliyevin qayıdışı ilə Azərbaycanın müstəqilliyinin məhv olmaqdan xilas olduğunu vurğulayıb: "Bir salnamə vardı və o, Azərbaycanımızın inkişafı salnaməsidir. Azərbaycanın dünya ölkələri içərisində öz yerini tutması, hətta bu çətin dövrdə belə sülhün, əmin-amanlığın hökm sürdüyü ölkəyə çevrildi".


F.Heydərov bildirib ki, Heydər Əliyevin əsasını qoyduğu kursu prezident İlham Əliyev uğurla davam etdirir: "Son prezident seçkilərində də xalqımız bir daha prezident İlham Əliyevə dəstəyini nümayiş etdirdi. Bu gün Azərbaycanın taleyi etibarlı əllərdədir".

 

X

XƏBƏRLƏR
BÖYÜT