APA-nın asları futbol proqnozunu verirlər - MÜZAKİRƏ
14:13 – 14 İyun, 2018

İyunun 14-də Moskvada Futbol üzrə Dünya Çempionatının açılış mərasimi keçiriləcək. Çempionatda kifayət qədər nüfuzlu milli komandalar mübarizə aparacaq.  APA-nin “İlham Tumasla 40 dəqiqə” layihəsinin növbəti buraxılışında APA TV-nin baş direktoru Vüqar Hüseynov, əməkdar jurnalist Nəsimi Nəbizadə və "APA Holding"in I vitse-prezidenti Şahin Cəfərli və APA TV-nin operatoru Azər Nağıyevin iştirakı ilə Dünya Çempionatına qatılan komandalar, ayrı-ayrı futbolçular barədə fikir mübadiləsi aparılıb, proqnozlar səsləndirilir.

  • Çempionatın ilk oyununda Səudiyyə Ərəbistanı ilə qarşı-qarşıya gələck Rusiya millisi daha şanslı görünür;
  • Futbol ərəblərə xas oyun deyil;
  • İspaniyanın baş məşqçisinin çıxarılmasının oyuna təsiri gözlənilir;
  • İran heyətində Azərbaycanlı futbolçu yoxdur;
  • B qrupu ikinci ən çətin qrupdur;
  • E qrupunun favoriti Braziliyadır, Ən maraqlı oyun Braziliya komandasından gözlənilir;
  • Meksikanın oyunu insanlarda həmişə simpatiya doğurur;
  • Belçikanın dörddə bir şansı yüksəkdir;
  • Sonuncu qrup haqqında söz demək hələ mümkün deyil.   

“İlham Tumasla 40 dəqiqə” verilişinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

X

XƏBƏRLƏR
BÖYÜT