İmişlidə çaydan 57 pasport tapıldı
14:37 – 14 İyun, 2018

İmişlidə çaydan çoxlu sayda pasport tapılıb.


APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Sarıxanlı kəndində Araz çayının qolu olan Boztəpə çayında yeniyetmələr çimərkən sellofan torba tapıblar.

Uşaqların valideynləri tərəfindən hüquq-mühafizə orqanlarına təhvil verilən torbadan 57 ədəd Azərbaycan vətəndaşlarına məxsus pasport aşkar edilib. Pasportlar Şəki, Zaqatala və Balakən sakinlərinə məxsusdur.  
 

Onların arasında vaxtı bitmiş pasportlarla yanaşı vaxtı bitməyənlər də var. Şimal bölgəsinin rayonlarına aid olan sakinlərin pasportlarının cənub istiqamətində yerləşən İmişli rayonu ərazisində, özü də İran ərazisindən keçib gələn çaydan tapılması çoxlu suallar yaradır. Eyni zamanda pasportların sərhəd-keçid qeydlərində Pakistan, İran, İraq və Rusiyanın Dağıstan adları var.

Faktla bağlı araşdırma aparılır.
 

 

                                                       

X

XƏBƏRLƏR
BÖYÜT