Azərbaycan Ordusu - 100 - HƏRBİ ORKESTR MƏŞQLƏRƏ BAŞLAYIB
14:53 – 14 İyun, 2018

Azərbaycan Ordusunun yaranmasının 100 illiyinə həsr edilmiş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.


APA TV-nin məlumatına görə, bu məqsədlə hərbi orkestrlərin  məşqləri həyata keçirilir: "Hazırda isə Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestri təlim məşqlərə başlayıb".

 

Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin hərbi orkestr xidmətinin rəisi, respublikanın xalq artisti, general-mayor Yusif Axundzadə bildirib ki, hər bir hərbi orkestr özünün hərbi hissələrində məşq edir. Lazım olan vaxta Birləşmiş  Hərbi Orkestr tədbirlərə hazır olacaq: "Bu gün Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestri Silahlı Qüvvələrin yüz illiyinə həsr olunan tədbirlərdə iştirak etmək üçün məşq edir. Bu gün siz bir neçə əsəri dinləyəcəksiniz. Azərbaycan bəstəkarlarının nəfəs orkestri üçün yazdıqları marşlar səsləndiriləcək".

 

 

 

X

XƏBƏRLƏR
BÖYÜT