Əli Əhmədov: "Ermənistan prezidentinin Dağlıq Qarabağa səfəri qanunsuzdur"
14:50 – 14 İyun, 2018

"Ermənistan prezidentinin Dağlıq Qarabağa səfəri qanunsuzdur və bu qanunsuzluğa görə o, məsuliyyət daşıyır".

 

APA TV-nin məlumatına görə, Dağlıq Qarabağ müvəqqəti işğal altında olan Azərbaycan torpağı olduğu üçün Ermənistan prezidentinin səfəri icazəsiz hesab olunur: “Biz bunu qətiyyətlə pisləyirik. Dağlıq Qarabağ Azərbaycanın torpağıdır. Müvəqqəti işğal altında olsa da, hesab edirəm ki, beynəlxalq hüququn, Azərbaycan ordusunun, xalqın qətiyyətinin sayəsində torpaqlarımız azad olunacaq. Bu cür qeyri-qanuni hərəkətlərə layiqincə cavab veriləcək. Bu hal Minsk qrupunu da hiddətləndirməlidir. Azərbaycanın torpaqlarının geri qaytarılması üçün səylər göstərən, ən azı bəyanatlar verən bütün dövlətləri, tərəfləri, təşkilatları da hiddətləndirməlidir. Əks halda, münaqişənin həll olunması üçün düzgün yolu tapmaq çətin olacaq. Dağlıq Qarabağ beynəlxalq hüquq tərəfindən Azərbaycan ərazisi kimi birmənalı şəkildə qəbul olunur”.

 

Baş nazirin müavini vurğulayıb ki, Azərbaycanın razılığı olmadan başqa dövlət nümayəndəsinin ərazimizə icazəsiz səfəri qanunsuzdur.

 

Qeyd edək ki, Ermənistan prezidenti Armen Sarkisyan iyunun 13-də işğal altındakı Dağlıq Qarabağa səfər edib.  

 

X

XƏBƏRLƏR
BÖYÜT