Hansı yığmaya azarkeşlik edirsiniz? - BAKI SAKİNLƏRİ VƏ TURİSTLƏRİN FAVORİTLƏRİ
17:13 – 14 İyun, 2018

"Saatlar sonra ölkəmizdən bir neçə min kilometr şimalda dünyanın ən mötəbər turnirlərindən sayılan futbol üzrə 21-ci dünya çempionatına start veriləcək. Gəlin indi araşdıraq görək, paytaxt sakinləri hansı komandaya daha çox azarkeşlik edir".

 

"Dünyanın ən güclü yığması Braziliya qalib gələcək".

 

"Mənim fikrimcə Braziliya kuboku götürəcək".

 

"Brazilya, Brazilya, ola bilsin İspanya da".

 

"Portuqaliya mənim favoritimdir".

 

"Portuqaliya kuboku evə aparacaq".

 

"Bugünkü oyunda əsas Rusiyaya azarkeşlik edəcəyəm, o öz yerində. Amma əsas favoritim Misirdir. Məhəmməd Salahın komandası. O çox yaxşı oyunçudur. Messi kimidir. Çempion kimi Almaniya və Braziliyanı görürəm. Ən əsas isə Almaniyanı".

 

"Misir. M. Salah müsəlmandır, ona görə. Tək Salaha görə yox, ümumiyyətlə Misir müsəlman komandasıdır".

 

"Misir. Məhəmməd Salaha görə". 

 

"Bu ən çətin suallardandır. Gərək mənə ən yaxşısı başqa sual verərdiniz. Kim udacaq? Braziliya, Argentina? Bilmirəm. İngiltərə də ola bilər. Fransa çox yaxşı oynayır. Qalibin kim olacağını 3 həftə sonra biləcəyik".

 

"Azərbaycan möhtəşəm və gözəl ölkədir. Bu ölkəni sevirəm".

 

"Bugünkü sorğumuz onu göstərdi ki, paytaxt sakinlərinin əksəriyyəti dünya çempionatında Braziliyanı dəstəkləyir. Çempionatda kimin qalib olacağını isə yalnız və yalnız 1 aydan sonra müəyyənləşdirəcəyik".

 

X

XƏBƏRLƏR
BÖYÜT