DGK-nın jurnalistlər üçün keçirdiyi seminar başa çatdı
17:21 – 14 İyun, 2018

Dövlət Gömrük Komitəsinin (DGK) jurnalistlər üçün keçirdiyi seminarın sonuncu günündə Komitənin Baş İdarə rəisinin birinci müavini Anar Süleymanov "Elektron gömrük, fəlsəfəsi, Azərbaycanda bu sahədə görülən işlər, dünya praktikası, sərhədkeçmə vaxtının ölçülməsi ilə bağlı layihə" mövzusunda məruzə edib.

 

Onun sözlərinə görə, gömrük sistemində elektron həllərin tətbiqi digər sektorlarda da islahatlar tələb edir: "Sərhəd-buraxılış məntəqələrində gömrük prosedurlarının asanlaşdırılması, təkmilləşdirilməsinin ekonometrik nəticəsi, yəni, iqtisadi effekti faktiki olaraq çox cüzidir.  Əsas məsələlər sərhəddən sonrakı prosedurların asanlaşdırılması ilə bağlıdır və ümumdaxili məhsulda bunun iqtisadi təsiri daha böyükdür".

 

Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini Səməd Qaralov "Yaşıl dəhliz" haqqında məlumat verib.

 

Gömrük Risklərinin Təhlili və Audit İdarəsinin rəis müavini Razim Zamanov isə GPS-nəzarət sisteminin iş prinsipi barədə danışıb: "Demək olar ki, bu GPS-ə kənar müdaxilə mümkün deyil. İlk baxışdan sadə görünən bu GPS hər hansı bir zərbə aldıqda belə hədəf mərkəzində özünü əks etdirir, göstərir. Hər hansı bir zərbə vurulsa, hədəf mərkəzində bizim əməkdaş görəcək ki, ona zərbə vurulur, qırmaq istəyirsən".

 

Seminarda gömrük-biznes əməkdaşlığı, sərhəd-keçid məntəqələrində baş verən sıxlıqlar və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

 

Sonda seminar iştirakçılarına sertifikat və hədiyyələr təqdim olunub.

 

X

XƏBƏRLƏR
BÖYÜT