"Son zəng" günü avtomobil idarə edən məktəblilər saxlanıldı - REYD
17:30 – 14 İyun, 2018

"Son zəng" günü ilə əlaqədar Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib.

 

APA TV-nin cənub bürosunun məlumatına görə, rayon ərazisində aparılan yoxlamalar zamanı qayda pozan sürücülər, eyni zamanda sürücülük hüququ olmadan avtomobil idarə edən məktəblilər saxlanılıb.

 

Görülən müvafiq tədbirlərlə yanaşı, DYP əməkdaşları valideynlərə bir daha müraciət edir ki, istər "Son zəng" tədbirləri zamanı, istərsə də sonrakı günlərdə avtomobillərin azyaşlılara etibar edilməsi qəti şəkildə yolverilməzdir.

 

Bu cür yoxlamalar axşam saatlarına qədər davam edib.

X

XƏBƏRLƏR
BÖYÜT