Nəzakət Teymurova Yaşıl Teatrda solo-konsert verəcək
18:15 – 14 İyun, 2018

Azərbaycanın xalq artisti, muğam ifaçısı Nəzakət Teymurova iyunun 20-də Yaşıl Teatrda fərqli solo-konsert proqramı ilə çıxış edəcək.

 

APA TV-nin xəbərinə görə, Nəzakət xanım gecə üçün xüsusi repertuar hazırlayıb: “Saatlarla məşq edirik. Sənətkar üçün konsert vermək çox böyük məsuliyyətdir və istəyirik ki, hər şey yüksək səviyyədə olsun. İllərlə sənətkarların ifalarında səslənən mahnılar yeni nəslə mənim təqdimatımda nostalji hisslər yaşadacaq”.   

 

Sənətkar həmin gün heç zaman ifa etmədiyi mahnıları səsləndirəcək. Nəzakət xanım Rəşid Behbudov, Yalçın Rzazadə, Flora Kərimovanın repertuarından olan mahnılar olacaq. O, həm də aşıq mahnıları ifa edəcək.

 

Nəzakət Teymurova yenilik və risklərdən qorxmadığını da deyir: "Konsert vermək çox riskli işdir. O səbəbdən çox insan bu riski eləmək istəmir. Allaha çox şükürlər edirəm ki, qarşıma çıxan, ətrafımda olan insanlar daima mənə dəstək olublar. Səhnədə 15 nəfərlik heyətlə birgə çıxış edəcəm".

 

Xalq artisti konsertdə heç kimlə duet ifa etməyəcək.

X

XƏBƏRLƏR
BÖYÜT