FHN Akademiyasında Qurtuluş Günü qeyd olunub
18:28 – 14 İyun, 2018

Fövqəladə Hallar Nazirliyi Akademiyasının “Heydər Əliyev məktəbi”nin lektoriyasında 15 iyun - Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

 

APA TV-nin xəbərinə görə, lektoriyanın qonağı Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Elman Nəsirov olub.

 

Əvvəlcə Akademiyanın həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyulub, dahi rəhbərin əziz xatirəsi ehtiramla yad edilib.

 

Dövlət himninin səslənməsi ilə başlanan tədbirdə çıxış edən Akademiyanın rəisi general-mayor Pənah Süleymanov bildirib ki, Azərbaycanın çağdaş tarixi dahi siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. 15 iyun – Qurtuluş Günü isə sadəcə, təqvim bayramı deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gündür.

 

Milli Məclisin deputatı Elman Nəsirov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından, Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında xalqımızın gələcəyi naminə həyata keçirdiyi siyasi-iqtisadi islahatlardan və misilsiz xidmətlərindən söhbət açıb.

 

Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sənədli film nümayiş olunub. 

 

X

XƏBƏRLƏR
BÖYÜT