Tovuzda müəllim "Son zəng" zamanı öldü
18:42 – 14 İyun, 2018

Tovuzda "Son zəng" tədbirində ölüm hadisəsi baş verib.

 

APA TV-nin qərb bürosunun məlumatına görə, rayonun Köhnəqala kənd orta məktəbində keçirilən "Son zəng" tədbiri zamanı təhsil ocağının dil-ədəbiyyat müəllimi, 1965-ci il təvəllüdlü Nüşabə Ələkbərovanın halı pisləşib.

 

Ona yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

 

Məlumata görə, N.Ələkbərova ürək-damar xəstəliyindən əziyyət çəkirmiş.

 

X

XƏBƏRLƏR
BÖYÜT