21-ci Dünya Çempionatının açılışı oldu - "LUJNİKİ"DƏN GÖRÜNTÜLƏR
21:29 – 14 İyun, 2018

Bu gün Rusiyada futbol üzrə XXI dünya çempionatının açılış mərasimi keçirilib. APA TV-nin məlumatına görə, Moskvanın "Lujniki" stadionunda təşkil olunan mərasim Bakı vaxtı ilə saat 18:00-da başlayıb.

Qeyd edək ki, dünya çempionatının maskotu “Zabivaka” adlı canavardır.

Britaniyalı Robbi Uilyams və Niki Cemin dueti, rusiyalı Aida Qarifullinanın, həmçinin albaniyalı Era İstefenin çıxışları coşqu ilə qarşılanıb. Tədbirə Braziliya futbolunun canlı əfsanələrindən olan Ronaldo da qatılıb.

Rusiya ilk dəfədir dünya çempionatına ev sahibliyi edir. Ölkə büdcəsindən mundialın təşkili üçün 8 milyard dollar xərclənib.

Prezident Vladimir Putin açılış mərasiminə şəxsən 13 dövlətin rəhbərini dəvət edib. Onların arasında Azərbaycan prezidenti və Səudiyyə Ərəbistanı vəliəhdi də var.

Mundialın ilk oyunu da eyni stadionda - "A" qrupunda yarışan ev sahibi Rusiya ilə Səudiyyə Ərəbistanı milliləri arasında olub.

Oyunu Nestor Pitananın başçılıq etdiyi argentinalı hakimlər briqadası idarə edib.

X

XƏBƏRLƏR
BÖYÜT