Adambaşına neçə manat fitrə çıxılmalıdır?
12:21 – 15 İyun, 2018

Qəza orucu hansı gündən tutulmalıdır?

Fitrə necə hesablanır? 

Kasıb da fitrə çıxarmalıdır?

Fitrə pulu kimlərə verilməlidir? 

Yoxsul bacı-qardaşa da fitrə pulu düşürmü?

Bayram namazı yalnız məsciddə qılına bilər?

 

“İslamda 2 əsas bayram var: Ramazan və Qurban bayramları. Eləcə də Qədir-Xum bayramını da qeyd etməliyik. Ümumiyyətlə isə hədislərə görə müsəlmanın  günah etmədiyi hər gün onun bayramıdır”.

 

APA TV-nin məlumatına görə, bunu ilahiyyat üzrə fəlsəfə doktoru, professor Hacı Surxay Məmmədli “Yaşıl orta” verilişində deyib. O, bildirib ki, başa çatan Ramazan mərhəmət, rəhmət ayıdır: “Oruc ibadətinin sonunda Ramazan bayramı qeyd olunur. İslamın sosial tərəflərindən biri də bayramlardır. Ramazan bərabərlik, birlik, həmrəylik bayramıdır. Həmin gün səhər tezdən bayram namazı qılınar. Bu vacib ibadət deyil, müstəhəbdir. Müsəlman fərdi şəkildə də bayram namazını evində qıla bilər. İki rukətlik sadə namazdır. Amma daha yaxşı olar ki, məsciddə qılınsın. Çünki camaatla icra edilən ibadətin daha çox savabı var”.

 

S.Məmmədli fitrə zəkatı ilə bağlı sualları da cavablandırıb. O, qeyd edib ki, adambaşına minimum 5 manat fitrə çıxarılmalıdır: “ 5-10 manat arası nəzərdə tutulur. Ailədə hər kəs, hətta evdə qonaq varsa, onlar  üçün də bu zəkat çıxarılmalıdır. Fitrə zəngin insanların verməli olduğu zəkatdır. Yəni kasıblar fitrədən azaddır. Bəzən fitrə pulunu günlərlə evdə saxlayırlar. Bu doğru deyil. Yaxşı olar ki,  bayram günü paylanılsın ki, yoxsul ailələr o pulla bayram süfrəsi aça bilsinlər”.

 

İlahiyyatçının sözlərinə görə, fitrə yoxsul qohumlara da verilə bilər: “Məsləhətdir ki, kasıb qonşulardan başlayasan. İmam Əli əleyhissəlam buyurub ki, özü tox olub, qonşusu ac olan məndən deyil.  Qonşuda ehtiyaclı insan yoxdursa, bacı, qardaş, bibi, xala kimi yaxın qohumlara da verilə bilər”.

X

XƏBƏRLƏR
BÖYÜT