Mehdi Hüseynzadə Məhəmməd Əmin Rəsulzadəyə sui-qəsd hazırlamışdı? - MÜZAKİRƏ
14:36 – 20 İyun, 2018

İyunun ayının 22-də Nasist Almaniyasının Sovet İttifaqına hücumundan 77 il ötür. Sovet dönəmində Azərbaycanın da iştirak etdiyi bu müharibəyə Böyük Vətən Müharibəsi deyirdilər. Amma həmin dövrdə nasistlərin cəbhəsində vuruşan 28.000 azərbaycanlı legionerlə bağlı bu günə qədər ziddiyyətli fikirlər dolaşmaqdadır. Bəziləri onları müstəqil Azərbaycan ideyasının daşıyıcısı saysa da, onlara vətən xaini deyənlər də var. Bəs legionerlər doğrudan da xain idilərmi? APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında mövzu ilə bağlı bu və digər məsələlərə aydınlıq gətirilib.

 

Tarixçi Elmar Həsənli hesab edir ki, legionerlik məsələsi Azərbaycan tarixşünaslığında hələ də öz qiymətini almayıb: "Azərbaycan Cümhuriyyətinin bərpası sevdası legioner məsələsində, mühacirətdə özünü göstərməyə başlayır. Onların bəzilərinə haqq qazandırıram. Azərbaycanın istiqlalını qurmaq üçün bir cəhd lazım idi". E.Həsənlinin sözlərinə görə SSRİ-də olan totalitar rejim Almaniyada yox idi.

 

Araşdırmaçı-yazar Dilqəm Əhməd deyib ki, legionerlər əsir düşdükləri ilk vaxtlarda yaşamaq instinktini ön plana çəkmişdilər: "Əvvəl onlar əsir düşən kimi güllələyirdilər. Bunlar keçdilər almanların tərəfinə qida ilə, sağlamlıqla, yaşamaq hüququ ilə təmin olundular. Bunlara deyilirdi ki, siz Azərbaycanın azadlılığı uğrunda vuruşacaqsınız". D.Əhmədin sözlərinə görə Almaniya son ana qədər Azərbaycanın müstəqilliyi ilə bağlı dəqiq fikir səsləndirmədi: "Hətta buna görə də Məhəmməd Əmin Rəsulzadə imtina etdi və Buxarestə qayıtdı".  Araşdırmaçı deyib ki, almanlar bir zamanlar Bakını azad etmiş Mürsəl paşa ilə görüşmüşdülər: "Bu onu göstərir ki, almanlar hər şeyi planlı şəkildə hazırlamışdılar".  Araşdırmaçı Mehdi Hüseynzadənin Məhəmməd Əmin Rəsulzadəyə sui-qəsd təşkil etməsi məsələsinə də aydınlıq gətirib.

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

X

XƏBƏRLƏR
BÖYÜT