Son zamanlar gənclərdəki aqressiyanın səbəbi nədir?
17:49 – 20 İyun, 2018

Bir neçə gündür sosial şəbəkələrdə aqressiya, stressə dözümsüzlük, intihara meyllilik geniş müzakirə mövzusuna çevrilib. Konkret desək, bir neçə gün öncə Bakıda metro stansiyalarından birində gənc qız və oğlan arasında başlayan daha sonra isə böyük mübahisəyə çevrilən anlaşılmazlıq kifayət qədər müzakirə olundu. Bəziləri həmin xanımı cəmiyyətdə normal davranış qaydaları sərgiləməməkdə günahlandırdı, digərlri isə başqalarının həyatına qarışmağın doğru olmadığını dilə gətirdi. Hələ bu azmış kimi 16 yaşlı yeniyetmənin “sevgi” səbəbindən intihar etməsi sosial şəbəkələrdəki müzakirələri daha qızışdırdı. Bütün bunlar cəmiyyətdə, xüsusilə gənclər arasında aqressiyasnın, stresə dözümsülüyün, olduğunun brbaşa gösztəricidiri. Müasir dövrün Gənclərinin bugünkü aqressiy6asının səbəbi nədir? Biz aiə daxilində övladlarımıza stresə tab gətirmək üçün nələri təlqin etməliyik? APA TV-nin "Sosium" layihəsinin növbəti buraxılışında psixoloq Təhminə Çələbi mövzu ilə əlaqədar bu və digər sualları cavablandırıb:

 

- Bəzən yaşlı nəsil gənclərin etirazını aqressiya kimi dəyərləndirir;

- Uşağı döymək tərbiyə üsulu deyil;

- Aqressiya bəzən nəsildən-nəslə keçə bilir;

- Uşağı tənbeh etmək əvəzinə, ona düşünməyə imkan vermək lazımdır;

- Nəzakət özü də tərbiyənin bir növüdür;

- Bir insanın həyatını başqa bir insana bağlaması asılılıqdır;

- Sosial şəbəkələrə qapanma asılılıq yaradır.

 

"Sosium" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

 

X

XƏBƏRLƏR
BÖYÜT