İntihar edir, zorlanır, ərə verilir... - MÜZAKİRƏ
14:11 – 21 İyun, 2018

Bir neçə gündür ki, Azərbaycan mətbuatı və sosial şəbəkələrində qadın faciəsi yaşanmaqdadır. Qadınlardan biri geyiminə görə metroda təhqirlərə məruz qalır, digəri rayonda zorla ərə verilir, sonra isə intihar edir, digəri isə yaxın qohumu tərəfindən təcavüzə məruz qalır. APA TV-nin "İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışında müasir cəmiyyətimizdə qadın faciəsi müzakirə edilib. Qonaqlar, "Təmiz Dünya Qadınlara Yardım" İctimai Birliyinin sədri Mehriban Zeynalova, psixologiya elmləri namizədi Gülər Əhmədova və vəkil Rafiq Alışov mövzu üzrə müzakirə aparıb, fikirlərini bölüşüblər:

 

- İntihar Kommunist rejimlərindən çıxmış bütün ölkələrin problemidir;

- İnternetdə bəzi video görüntülər intihara sövq edir;

- Zorakılıqla bağlı dövlətin dərhal reaksiyası olmalıdır;

- Zorakılıq məsələləri müzakirə predmeti olmamalıdır;

- Bu gün biz mədəniyyət problemi yaşayırıq;

- Bu gün əyalətlərimizdə geriləmə müşahidə edirik;

- Biz özümüz etdiyimiz haqsızlıqları yaddan çıxarırıq;

- Ailənin sosial problemləri uşağın psixikasına təsir edir;

- Teleseriallarımızda ailə dəyərlərimiz qorunmur.

 

"İlham Tumasla 40 dəqiqə" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

X

XƏBƏRLƏR
BÖYÜT