Əli Həsənov: "QHT-lər arasında ölkəmizə qarşı istifadə olunanlar var"
00:28 – 23 İyun, 2018

"Azərbaycanda 26 il ərzində QHT sektoruna 306 milyon manata yaxın vəsait ayrılıb".

 

APA TV-nin məlumatına görə, bunu prezidentin köməkçisi Əli Həsənov Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 illiyi ilə bağlı tədbirdə bildirib.

 

Ə. Həsənov qeyri-hökumət təşkilatları arasında xarici donorlar tərəfindən istifadə olunaraq, ölkəmiz əleyhinə təbliğat aparanların mövcudluğundan təssüfləndiyini deyib:

 

"Çox təəssüflər olsun ki, bəzən sizlərin sırasından xarici donorların təsiri altına düşərək, öz dövlətinə qarşı istifadə olunan və fəaliyyət göstərən QHT nümayəndələrinin də şahidi olmusunuz. Eyni hissləri kütləvi-informasiya vasitələrinə də aid etmək olar. Nə qədər bizim elə öz mediamızda yazılar yazdırırlar, xarici, Anti-Azərbaycan mərkəzlərində formalaşdırılan siyasət bizim qht, media və siyasi partiyaların əli ilə Azərbaycana qarşı istifadə olunur".  

 

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev isə şuranın dövlətlə qeyri-hökumət təşkilatları arasındakı münasibətlərə verdiyi töhfədən danışıb:

 

"Şuranın yaranması ilə dövlət, Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyev öz siyasi iradəsini ortaya qoyaraq, dövlətlə qeyri-hökumət təşkilatları arasında uğurlu körpünün yaradılması, dövlət-qht münasibətlərinin yeni  keyfiyyət müstəvisinə keçməsi və eyni zamanda, sözün yaxşı mənasında qeyri-hökumət təşkilatlarına dövlətin sahiblik etməsi üçün mühüm bir qərar qəbul etdi"

 

Çıxış edənlər şuranın ötən 10 il ərzində uğurla fəaliyyət göstərdiyini, bu gün QHT-lərin Azərbaycan dövlətinin maraqlarını müdafiə etdiyini vurğulayıblar.

X

XƏBƏRLƏR
BÖYÜT