Qələbə arzusu ilə! - HƏRBİ PARADDAN REPORTAJ
15:52 – 26 İyun, 2018

Ordum varsa, yurdum var! Bəli, bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə keçirilən təntənəli hərbi paradı izləmək üçün paytaxtın mərkəzi küçə və meydanlarında yaşanan izdiham bu deyimin nə qədər real olduğunu göstərir.

 

Uşaqdan böyüyə hamı səbirsizliklə Azərbaycan əsgərini salamlamaq, ona uğur diləmək üçün səhər saatlarından Dənizkənarı Milli Parka toplaşıb.

 

Azərbaycanın üç rəngli bayrağına bürünmüş gənclərin, hərbçi geyimi ilə parada qatılan uşaqların sayı da az deyil.

 

Ordumuzun gücünün nümayişinə toplaşan insanlar böyük ruh yüksəkliyi ilə paradı izləyir, sevinc hisslərini bizimlə bölüşürlər.

 

Mərasimə kimisi övladı, kimisi nəvəsi ilə qatılıb.

 

Hər kəs ordumuza qələbə əzmi arzulayır.

 

Döyüş təyyarələrinin manevrlərindən sonra səmada üçrəngli Azərbaycan bayrağının görüntüsünü cızması böyük coşqu ilə qarşılanır.

 

Texnika da var, əsgərlər də! Əsgərə böyük ehtiramın nümayiş olunduğu hərbi parada Birinci Qarabağ savaşı və Böyük Vətən müharibəsinin iştirakçıları da qatılıb. Arzular isə birdir!

Parad təyyarələrinin nümunəvi uçuşları ilə başa çatıb.

X

XƏBƏRLƏR
BÖYÜT