Türkiyədə seçkilər: seçici nə mesaj verdi?
15:44 – 27 İyun, 2018

Türkiyə seçimini etdi. Bazar günün məntəqələrə axın edən seçicilər yola kiminlə davam edəcəklərinə səs verdilər. Ölkə tarixinin ən yüksək seçici fəallığı qeydə alınan seçkilərində vətəndaşlar sükanı yenidən prezident Rəcəb Tayyip Ərdoğana tapşırdılar, parlament isə Cümhur İttifaqına həvalə edildi. Azərbaycanda da çox maraqla izlənən seçkilərin nəticələri artıq bütün siyasi qüvvələr tərəfindən qəbul olunub, lakin ortada yenə də çoxsaylı suallar var. APA TV-nin "Panoram" layihəsinin növbəti buraxılışında Oğuz Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri Vüqar Zifəroğlu bu və digər suallara aydınlıq gətirib:

 

- İyi parti AKP-yə alternativ ola bilmədi;

- HDP-ni Türkiyə Böyük Millət Məclisinə aparan CHP oldu;

- Türkiyə Böyük Millət Məclisində AKP-ni uğurlu saymaq olmaz;

- M.İncəyə kifayət qədər səs axını oldu;

- CHP Kılıcdaroğluna deyil, İncəyə təşəkkürünü bildirməlidir;

- Cümhur İttifaqı bütün sağ düşərgəsini əhatə edə bildi;

- MHP sabit elektoratını əlindən buraxmadı;

- Sol həmişə 30% səs yığmaqla, müxalifətini təşkil edə biləcək;

- Bu koalisiya AKP-yə yaradı.

 

"Panoram" layihəsinin növbəti buraxılışını tam olaraq www.apa.tv saytından izləyə bilərsiniz.

X

XƏBƏRLƏR
BÖYÜT