Qəbələdə ağır yol qəzasında DSMF-nin əməkdaşı öldü
01:03 – 10 İyul, 2018

Qəbələ rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə günorta saatlarında Qəbələ şəhərinin 28 May küçəsində qeydə alınıb.

 

Qəbələ şəhər sakini, Məmmədov Elçin Qüdrət oğlu "Hyundai Sonata" markalı minik avtomobili ilə hərəkətdə olarkən qəfildən idarəetməni itirib və avtomobil "Niva" markalı digər avtomobillə toqquşub. Hadisə zamanı sürücü Elçin Məmmədov aldığı ağır xəsarətlər səbəbindən dünyasını dəyişib. Onun həyat yoldaşı Məmmədova Reyhan Səhlab qızı ağır bədən xəsarətləri aldığı üçün Qəbələ rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Məlumata görə, Elçin Məmmədov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Qəbələ rayon şöbəsinin əməkdaşıdır. Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

X

XƏBƏRLƏR
BÖYÜT