2050-ci ildə dünya əhalisinin sayı 10 milyarda çatacaq
17:19 – 10 İyul, 2018

2050-ci ildə dünya əhalisinin ümumi sayı 10 milyarda çatacaq.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu statistikanı BMT-nin Əhali Sıxlığı fondu təqdim edib.

 

Hesablamalara görə, hər il 84 milyon artan dünya əhalisi 2100-cü ilə qədər 11,2 milyard nəfər olacaq.

 

2050-ci ilə qədər isə dünya əhalisinin yarısı 9 ölkənin payına düşəcək. Belə ki, 2017-2050-ci illər arasında dünya əhalisi 2,2 milyard artacaq və onların əksəriyyəti Afrika və Asiya qitələrində məskunlaşacaq. Sıralamada daha sonra Latın Amerikası, Şimali Amerika və Okeaniya qitəsi gəlir. Avropa əhalisi isə bu illər ərzində azalmağa doğru gedəcək.

 

Təxmin edilir ki, dünya əhalisinin çoxu Hindistan, Nigeriya, Konqo, Efiopiya, Tanzaniya, ABŞ, Uqanda və İndoneziyadan olacaq. Əksəriyyəti Avropa ölkəsi olmaqla 51 ölkənin isə əhalisi azalacaq.

X

XƏBƏRLƏR
BÖYÜT