DSX Akade­mi­yası məzun­la­rının buraxı­lış mərasimi keçirilib
17:21 – 10 İyul, 2018

Dövlət Sərhəd Xid­məti Akade­mi­yasının məzun­la­rının təntənəli buraxı­lış mərasimi keçirilib.

 

APA TV-nin xəbərinə görə, ənə­nəvi ola­raq Dövlət Bayrağı Mey­da­nında təşkil olunmuş mərasimdə Dövlət Sərhəd Xidmə­tinin rəhbər heyəti, Bakı qarnizonu hərbi hissə­lərinin hər­bi qul­luqçuları, gənc za­bitlərin valideynləri və ailə üzvləri iştirak ediblər.

 

Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi ge­neral-pol­­­kovnik Elçin Quliyev gənc zabitləri təbrik edib, onlara xidmətdə uğur­­lar arzulayıb, tövsiyə və tapşırıqlarını verib, Azərbaycanın hər bir sərhədçisi kimi onların da dövlətçilik ənənələrinə daim sadiq ola­caq­­larına, Azərbaycan prezidenti İlham Əli­­yevin Ali Baş Komandanlığı altında dövlət sərhədlərinin eti­barlı mü­ha­fizəsi na­mi­nə əzmlə xidmət edəcəklərinə, Azərbaycan sərhədçi­si adı­nı daima uca tutacaq­larına inamını ifadə edib.

 

Akademiyanı bitirən leytenantlara diplomlar təqdim olunub, gənc za­bit­lər “Sərhədçi andı”nı qəbul ediblər. Tədbirin sonunda za­bit­lər və kursantlar təntənəli marşla tribu­nanın önündən keçiblər.

 

Mərasimdən sonra gənc zabitlər Heydər Əli­yevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

 

X

XƏBƏRLƏR
BÖYÜT