İki azyaşlı və bir qadın göldə boğuldu - MASALLIDA FACİƏ
02:32 – 11 İyul, 2018

Masallının Miyənkü kəndində göldə üç nəfər batıb. APA TV-nin cənub bürosunun məlumatına görə, onlardan biri qadın, ikisi isə azyaşlıdır.

 

Ölənlərin şəxsiyyəti müəyyənləşib. Onlar Miyənkü kənd sakini, 1981-ci il təvəllüdlü Kərimova Vüsalə Sabir qızı, onun oğlu, 2007-ci il təvəllüdlü Kərimov Elmar İlqar oğlu və V.Kərimovanın qardaşı oğlu, 2009-cu il təvəllüdlü Zamanov Hüseyn Şəmşir oğludur.

 

Məlumata görə, V.Kərimova ailəsi ilə birgə Masallıya istirahətə gəlib. Uşaqlarla dincəlmək üçün isə göl kənarına gedib. Göldə çimən uşaqların boğulduğunu görən V.Kərimova onları xilas etməyə çalışarkən özü də batıb.

 

Batan şəxslərin meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

X

XƏBƏRLƏR
BÖYÜT