Qazaxda çobanı və onun qoyunlarını avtomobil vurub
02:49 – 11 İyul, 2018

Qazaxda avtomobil çobanı və qoyun sürüsünü vurub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, hadisə iyulun 9-da saat 4 radələrində Bakı-Qazax yolunun 480-ci kilometrliyində baş verib.

 

Qazax rayonunun Daşsalahlı kəndi ərazisində Şəmkir rayon sakini Habil Hüseynov idarə etdiyi “Audi” markalı avtomobillə yolu keçən qoyun sürüsünü və çoban, Qazax rayon sakini Adil Quliyevi vurub. Nəticədə A.Quliyev xəstəxanaya yerləşdirilib. Qəza nəticəsində 57 baş xırdabuynuzlu heyvan isə tələf olub.

 

Qəza ilə əlaqədar BDYPİ-nin İstintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

X

XƏBƏRLƏR
BÖYÜT