Fransa 20 ildən sonra yenidən finalda: Belçikanın ümidi bürüncə qaldı
03:11 – 11 İyul, 2018

DÇ-2018-də yarımfinal mərhələsinə start verilib. APA TV-nin məlumatıa görə, ilk finalçı Fransa və Belçika yığmaları arasında matçda müəyyənləşib.

 

Sankt-Peterburqda keçirilən görüşün taleyini 1 qol həll edib. Umtitinin ikinci yarıda vurduğu top Fransanı finala daşıyıb.

 

“Üçrənglilər” bununla da iyulun 15-də keçiriləcək həlledici qarşılaşmaya vəsiqə əldə edib. Ən azı gümüş medalları təmin edən Fransanın Moskvanın “Lujniki” stadionunda keçirilən finaldakı rəqibi sabah bəlli olacaq.

 

Belçika yığması isə Sankt-Peterburqda qalıb. Onlar iyulun 14-də baş tutacaq bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

 

Qeyd edək ki, sabah keçiriləcək ikinci yarımfinalda Xorvatiya və İngiltərə görüşəcək.

X

XƏBƏRLƏR
BÖYÜT