Kriştianu Ronaldu "Real"ı "Yuventus"a dəyişdi - 100 MİLYONLUQ TRANSFER
03:55 – 11 İyul, 2018

Portuqaliya yığmasının ulduz futbolçusu Kriştianu Ronaldu Madridin "Real" klubunu tərk edərək, İtaliyanın "Yuventus"u ilə müqaviləyə razılıq verib.

 

APA TV-nin məlumatına görə, bu barədə İspaniya klubunun rəsmi saytında açıqlama verilib.

 

Hücumçunun klubdan getməsinin səbəblərindən biri kimi "Real"ın prezidenti Florentino Pereslə aralarında yaranmış narazılıq göstərilir. Deyilənə görə, məvacibinin artırılması ilə bağlı Ronaldunun tələbinə klub rəhbərliyi rədd cavabı verib.

 

Turin klubu ilə danışıqlar Ronaldunun istirahət üçün yollandığı Yunanıstanda baş tutub. "Yuventus"un prezidenti Andrea Anyelli şəxsən onun yanına yollanıb. Onların birgə İtaliyaya qayıtdıqları və 4 il müddətinə müqavilə imzaladıqları bildirilir.

 

Məlumata görə, "Yuventus" 33 yaşlı portuqaliyalı hücumçuya görə "Real"a 100 mln. avro ödəməyə razılıq verib. Futbolçunun illik məvacibi isə 30 mln. avro olacaq.

 

Qeyd edək ki, K.Ronaldu "Real" klubuna 2009-cu ildə gəlib və bu müddət ərzində klubun 4 dəfə Çempionlar Liqasının qalibi olmasında iştirak edib.

X

XƏBƏRLƏR
BÖYÜT