Qarət etdikləri mağazaya ikinci dəfə gəldilər, əliboş qayıtdılar - CƏLİLABADDA
06:04 – 11 İyul, 2018

Cəlilabadda mağazadan oğurluğa cəhd edilib. APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, bu mağazada bundan əvvəl də eyni hadisə baş verib.

 

Oğurluğa cəhd faktı rayonun Kazımabad kəndində qeydə alınıb. Gecə saatlarında naməlum şəxs və ya şəxslər Sona Ağayevaya məxsus dükanın qapısındakı qıfılları xüsusi alətlərlə sındıraraq içəri daxil olmağa çalışıblar. Lakin qıfıllardan birini sındıra bilməyən oğrular dükanın damındakı daşları sökməklə əməllərini həyata keçirmək istəyiblər.

 

Ancaq divardakı daşlardan ikisini çıxardıqdan sonra hadisəni törədən şəxslər istifadə etdikləri alətləri də həmin ünvanda qoyaraq ərazidən uzaqlaşıblar.

 

Dükan sahibi deyir ki, bu dəfə naməlum şəxslərin oğurluq planı baş tutmasa da, bir müddət əvvəl baş vermiş analoji oğurluq zamanı ona 3 min manata yaxın maddi ziyan dəyib.

 

Fakatla bağlı araşdırma aparılır.

X

XƏBƏRLƏR
BÖYÜT