Türkiyədə Adnan Oktar və "kedicik"lərinə qarşı əməliyyat - ŞOK İTTİHAMLAR
10:17 – 11 İyul, 2018

Türkiyədə “Adnan hoca” kimi tanınan Adnan Oktar və onun şəbəkəsinə qarşı polis əməliyyatı başlayıb.

 

APA TV-nin “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, əməliyyat İstanbul başda olmaqla, 5 vilayətdə keçirilir. Əməliyyata polis helikopterləri də cəlb olunub.

 

A.Oktar İstanbulun Çəngəlköy məhəlləsində yerləşən villasında polis tərəfindən saxlanılıb. A.Oktar və mühafizəçilərinin əməliyyat zamanı polisə müqavimət göstərdikləri bildirilir. Villada silah, zirehli gödəkçələr və zirehli maşın aşkarlanıb. 

 

A.Oktar cinayət şəbəkəsi qurmaq, siyasi və hərbi casusluq, uşaqlara qarşı cinsi təcavüz və digər cinayət əməllərində ittiham olunur.  

 

Polisdən verilən açıqlamada Adnan Oktarın cinayət şəbəkəsinə daxil olan 235 şübhəli şəxsə qarşı əməliyyat başlandığı bildirilib.

 

X

XƏBƏRLƏR
BÖYÜT