Neft yenidən ucuzlaşmağa başladı
12:00 – 11 İyul, 2018

ABŞ prezidenti Donald Trampın Çin məhsullarına tətbiq olunacaq gömrük rüsumlarının siyahısını açıqlaması ilə ticarət müharibəsinin genişlənməsi neftin qiymətlərinə mənfi təsir edib.

 

APA TV-nin məlumatına görə, bu səbəbdən sutka ərzində bahalaşan xam neft günün sonunda yenidən ucuzlaşıb.

 

"Brent" markalı neft 79,45 dollara qədər bahalaşdıqdan sonra ucuzlaşaraq 78,22 dollardan satılır. Qərbi Texas nefti də bahalaşmadan sonra dəyər itirib. WTI nefti hazırda 73,69 dollardan təklif olunur.

 

Venesuelada istehsalın azalması, ABŞ-ın İrana yenidən sanksiya tətbiq etməsinin OPEC-in istehsalı artırmasını kölgədə qoyması qiymətlərə müsbət təsir edən amillərdir. ABŞ-da xam neft ehtiyatlarının azalması, Norveç və Qabonda istehsalda yaranan problemlər də bazarda qiymətlərin bahalaşmasını təşviq edir. Ancaq Çinlə ABŞ arasında gömrük rüsumunun tətbiqi ilə başlayan ticarət müharibəsi beynəlxalq bazarın böyüməsinin qarşısını alır, bu isə yuxarıda qeyd olunduğu kimi, qiymətləri ucuzlaşdırır.

X

XƏBƏRLƏR
BÖYÜT