Xaçmaza qonaq gələn Sumqayıt sakini itkin düşüb
13:20 – 11 İyul, 2018

Xaçmaz rayonunun Padar kəndinə qonaq gələn 67 yaşlı Sumqayıt şəhər sakini itkin düşüb. 

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, 1951-ci il təvəllüdlü Aypəri Qubad qızı Şıxvəliyeva qonaq gəldiyi Padar kəndində iyulun 8-i axşam saatlarında evdən çıxaraq bir daha geri qayıtmayıb. Yaşlı qadının yaddaş pozğunluğundan əziyyət çəkdiyi bildirilir.

 

Qohumu Naib Kərimov hadisəni belə təsvir edib: "Biz evdən çıxdıq, nəvələrim xəstədir, yoldaşımı ora düşürdüm. Bundan sonra qızım mənə zəng vurdu, dedi hardasız, qapınız bağlıdır. Mən qayıtdım evə. İstədim mən də gedim ora. Yoldaşım sonra gəlib soruşdu ki, Aypəri xanım gəlməyib evə? Kanala düşmə ehtimalı var idi. Çox sağ olsunlar, gəlib suyu bağladılar, axtardılar, tapılmadı. Xaçmazda görüblər, su istəyib. Amma axtarırıq, tapa bilmirik".

 

A.Şıxvəliyevanın əlamətləri belədir: boyu 155-165 sm, dolu bədən quruluşlu, yumru sifətli, gözlərinin rəngi qəhvəyidir.

 

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Xaçmaz Rayon Polis Şöbəsinə 023-325-53-56 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

X

XƏBƏRLƏR
BÖYÜT