Bakıda 38 dərəcə isti olacaq
16:11 – 11 İyul, 2018

Bakıda və Abşeron yarımadasında iyulun 12-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən məlumata görə, cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, gündüz 33-38 dərəcə, Bakıda gecə 25-27, gündüz 36-38 dərəcə isti olacağı gözlənilir.

 

İyulun 12-də Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 27-28, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 28-29 dərəcə isti təşkil edəcək.

 

Çimərliklərdə əlverişli hava şəraiti müşahidə olunacaq. Mülayim cənub-şərq küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, axşama doğru ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42 dərəcə, dağlarda gecə 17-22, gündüz 28-32 dərəcə isti olacağı gözlənilir.

X

XƏBƏRLƏR
BÖYÜT