Masallıda mikroavtobus qəzaya uğrayıb - 11 YARALI
01:20 – 12 İyul, 2018

Masallıda "Ford" markalı sərnişin mikroavtobusu ilə "Hyundai" markalı minik maşını toqquşub. APA TV-nin cənub bürosunun məlumatına görə, avtoqəza Ələt-Astara magistral yolunun rayonun Xıl kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Baş verən yol qəzası zamanı 11 nəfər xəsarət alıb. Bunlar Rusiya vətəndaşları - 26 yaşlı Günay Asfarova, 1 yaşlı Asfarova Rubina Teymur qızı, Bakı şəhər sakinləri - 12 yaşlı Zeynalova Lalə Cabir qızı, 41 yaşlı Babayeva Nərmin Rauf qızı, 72 yaşlı Rubina Bayramova, Lənkəran rayon sakinləri - 36 yaşlı Ağayar Ağayev, 31 yaşlı Nuranə Qəhrəmanova, 51 yaşlı Tünzalə Şükürova, 59 yaşlı Məmmədova Məlahət İsmayıl qızı, Neftçala rayon sakini, 36 yaşlı Ceyhun Hüseynli və Qax rayon sakini, 36 yaşlı Nəzir Musayevdir.

 

Yaralılar Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan bəzilərinin vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Faktla bağlı araşdırma aparılır.

X

XƏBƏRLƏR
BÖYÜT