Nikaraquada apreldən başlayan iğtişaşlar hələ də davam edir - ÖLÜ SAYI 351-Ə ÇATDI
05:03 – 12 İyul, 2018

Nikaraquada aprel ayından davam edən iğtişaşlar nəticəsində ölənlərin sayı 351 nəfərə çatıb. APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə “Nikaraqua insan haqları Assosiasiyası” məlumat yayıb.

 

Məlumata əsasən, təkcə son səkkiz gündə ölkədə keçirilən müxtəlif etiraz aksiyalarında 40 nəfər həyatını itirib, 2 mindən çoxu yaralanıb.

 

“Prensa” portalının xəbərinə görə, iğtişaşlarda 306 mülki şəxs, 28 hökumət yönlü silahlı dəstə üzvü, 16 polis əməkdaşı və 1 hərbçi ölüb.

 

Nikaraquada etiraz aksiyaları aprelin 18-dən etibarən davam edir. Etirazçılar sosial sığorta fondlarına köçürmələrinin məbləğinin artırılmasını nəzərdə tutan islahata qarşı çıxış edirlər. Prezident Daniel Orteqa islahatı ləğv etsə də, ölkədə iğtişaşlar davam etməkdədir.

X

XƏBƏRLƏR
BÖYÜT