Prezident İlham Əliyev Brüsseldə Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qani ilə görüşüb
07:38 – 12 İyul, 2018

İyulun 11-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaninin görüşü olub. APA TV-nin məlumatına görə, dövlət başçısı Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qaninin ölkəmizə səfərlərini və indiyədək keçirdiyi görüşləri məmnunluqla xatırlayıb.

 

Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani dövlətimizin başçısına yenidən prezident seçilməsi münasibətilə bir daha təbriklərini çatdırıb.

 

Məhəmməd Əşrəf Qani Azərbaycanın Əfqanıstana müxtəlif sahələrdə göstərdiyi davamlı dəstəyə, həmçinin ölkəmizin Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısına ev sahibliyi etdiyinə görə bir daha minnətdarlığını bildirib.

 

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd olunub, Azərbaycanın Əfqanıstana humanitar sahədə göstərdiyi dəstək xüsusi vurğulanıb.

 

Söhbət zamanı regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın Əfqanıstanda sülhün bərqərar edilməsi istiqamətində xüsusi rolu qeyd edilib.

 

Görüşdə, həmçinin ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın perspektivləri müzakirə olunub.

X

XƏBƏRLƏR
BÖYÜT