Qaradağda yük maşını avtobusa çırpıldı: 1 ölü, 13 yaralı
10:37 – 12 İyul, 2018

Qaradağ rayonunda baş vermiş ağır yol qəzası nəticəsində 13 nəfər xəsarət alıb, bir nəfər isə ölüb.

 

APA TV-nin məlumatına görə, hadisə bu gün səhər saatlarında Qaradağ rayonu ərazisində baş verib.

 

Yük maşını 149 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusuna çırpılıb. Bundan sonra avtobus bir neçə dəfə aşıb. İlin məlumata görə, hadisəyə səbəb yük maşınının sürücüsünün yuxulaması olub.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov APA-ya bildirib ki, ölən şəxs qadındır. Qadın hadisə yerindəcə dünyasını dəyişib.

 

Xəsarət alanlardan 7 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Respublika Kliniki Xəstəxanasına, 3 nəfər Ələtdəki xəstəxanaya yerləşdirilib, 2 nəfərə yerindəcə ilkin yardım göstərilib.

 

X

XƏBƏRLƏR
BÖYÜT