Göyçayda "NİVA" motosikletçini vurdu
10:53 – 12 İyul, 2018

Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gün axşam saat 20:00 radələrində Göyçay-Ucar yolunun 2-ci kilometrliyində, Potu kəndi ərazisində qeydə alınıb.

 

Rayon sakini, 1990-cı il təvəllüdlü Həsənov Kənan Ramiz oğlu idarə etdiyi 23 BL 732 dövlət nömrə nişanlı "NİVA" markalı minik avtomobili ilə hərəkətdə olarkən Potu kənd sakini, 1997-ci il təvəllüdlü Həsən Soltan oğlu Abuzərovun idarə etdiyi motosikleti vurub. Nəticədə Həsən Abuzərov ağır bədən xəsarətləri alaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

X

XƏBƏRLƏR
BÖYÜT