Neft bir gündə 5 dollar ucuzlaşdı
11:17 – 12 İyul, 2018

Donald Trampın dünya iqtisadiyyatına mənfi təsir edəcək və "Ticarət müharibəsi" anlamına gələn Çin qərarı neftin son bir ildə ən böyük qiymət itirməsinə səbəb olub.

 

APA TV-nin məlumatına görə, "Brent" markalı neftin bir bareli 5 dollara qədər ucuzlaşaraq 74 dollardan da ucuz satılmağa başlayıb. Bu markadan olan neft hazırda 74,62 dollardan satılır. Qərbi Texas nefti isə 3 dollara dəyər itirərək hazırda 70,72 dollardan təklif olunur.

 

Çin məhsullarına 30 avqustdan etibarən 200 milyard dollarlıq əlavə vergi qoyulacaq. İki dünya nəhəngi arasında başlayan "ticarət müharibəsi" neftin qiymətlərini bahalaşdıracaq səbəbləri kölgədə qoyur. Belə ki, ABŞ-da xam neft ehtiyatlarında təxminən iki ilin ən böyük azalması qeydə alınıb. Ehtiyatların azalması, İranın neft ixracına sanksiyaların qoyulması, bir neçə neft ölkəsinin istehsal müəssisələrində yaranan problemlər qiymətlərin kəskin ucuzlaşmasının qarşısını ala bilməyib. Sərmayədarlar Çinin də ABŞ məhsullarına əlavə vergi qoyacağını düşünür.

X

XƏBƏRLƏR
BÖYÜT