Dünya liderləri NATO sammitində Xorvatiya-İngiltərə matçını izləyib
11:50 – 12 İyul, 2018

Brüsseldə keçirilən NATO sammitində iştirak edən dünya liderləri fasilə zamanı telefon vasitəsilə Xorvatiya-İngiltərə futbol matçını izləyiblər.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, izləyənlər arasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu, Almaniya kansleri Angela Merkel, Albaniya prezidenti Edi Rama və Böyük Britaniyanın baş naziri Tereza Mey olub.

 

Mövlud Çavuşoğlu oyunun hakiminin türkiyəli Cüneyt Çakıroğlu olduğunu diqqətə çatdırıb. Xorvatiyanın İngiltərə qarşısında 2:1 önə keçməsindən sonra isə Albaniya prezidenti Tereza Meyə təsəlli verərək "Dünya Kuboku çox uzağa yox, Balkanlara gəlir" deyib və liderlərin gülüşünə səbəb olub.

 

Qeyd edək ki, oyun Xorvatiyanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

X

XƏBƏRLƏR
BÖYÜT