Ağdamda Raqub Orucovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilib
13:24 – 12 İyul, 2018

Ağdamda 2016-cı ilin aprel döyüşlərində qəhrəmancasına şəhid olan polkovnik-leytenant Raqub Orucovun xatirəsinə həsr olunmuş futbol turniri keçirilib.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, rayonun Bənövşələr qəsəbəsində təşkil olunan yarışda 7-si rayonun cəbhəyanı kəndlərini, biri isə ərazidə yerləşən N saylı hərbi hissəni təmsil edən 8 komanda iştirak edib.

 

Bir həftə davam edən turnir bu gün - Raqub Orucovun doğum günündə başa çatıb. Finalda rayonun Bənövşələr qəsəbəsinin və “N” saylı hərbi hissənin komandaları mübarizə aparıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda şəhid Raqub Orucovun bir vaxtlar komandiri olduğu “N” saylı hərbi hissənin komandası qalib gəlib.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT