Trampla Merkel arasında söz dueli: kim kimin əsiridir?
13:33 – 12 İyul, 2018

Brüsseldə keçirilən NATO sammitinə ABŞ və Almaniya arasındakı gərginlik damğasını vurub.

 

APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, ABŞ prezidenti Donald Trampın "Almaniya Rusiyanın əsiridir" açıqlamasına Almaniya kansleri Angela Merkel və xarici işlər naziri Heyko Maas sərt reaksiya verib.

 

Almaniyanın Rusiyadan enerji asılılığının artdığına və buna görə də Rusiyaya böyük məbləğdə vəsait ödədiyinə diqqət çəkən Tramp bu səbəbdən Almaniyanın Rusiyanın əsiri halına gəldiyini vurğulayıb.

 

Məsələ ilə bağlı açıqlama verən Almaniya kansleri Angela Merkel isə cavanlıq illərinin böyük bir hissəsini Şərqi Almaniyada keçirdiyini deyib: "Almaniyanın bir hissəsi uzun zaman SSRİ tərəfindən idarə olunub. Bu gün müstəqil ölkə olmağımızla qürur duyuram. Heç kimdən asılı olmadan siyasi qərarlar qəbul edir, xarici siyasətimizi həyata keçiririk".

 

Kansler həmçinin qeyd edib ki, Almaniyanın Rusiyadan aldığı enerji ölkənin 80% yox, 20% ehtiyacını ödəyir.

 

Almaniyanın xarici işlər naziri Heyko Maas isə öz "Tvitter" hesabından verdiyi açıqlamada "Biz əsir deyilik - nə Rusiyanın nə də ABŞ-ın" deyə bildirib.

 

X

XƏBƏRLƏR
BÖYÜT