Ağstafada xəstə aparan təcili yardım avtomobili qəzaya uğradı
15:15 – 12 İyul, 2018

Ağstafada xəstə aparan təcili tibbi yardım avtomobili qarşısına çıxan avtomobillə toqquşub.

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə Ağstafa şəhəri ərazisində qeydə alınıb.

 

Minik avtomobili ilə təcili yardım maşınının toqquşması nəticəsində avtomobil yoldan çıxaraq işıq dirəyinə çırpılıb. Qəza nəticəsində tibb işçilərinin olduğu avtomobildə 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bunlar təcili yardım maşınının sürücüsü, 1984-cü il təvəllüdlü Tural Xasayev, tibb bacısı, 1976-cı il təvəllüdlü Yeganə Əliyeva və təcili yardım maşınındakı xəstənin qohumu, 1966-cı il təvəllüdlü Sevda Məmmədovadır.

 

Faktla bağlı araşdırma aparılır.

 

X

XƏBƏRLƏR
BÖYÜT