Qaxda iki qonşunun bitişik tövlələri yanıb, 45 baş toyuq-cücə külə dönüb
15:49 – 12 İyul, 2018

Qaxda iki qonşunun bir-birinə bitişik tövlələri yanıb. APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gecə rayonun Zəyəm kəndində baş verib.

 

Qüdrət Mustafayev və Dilbər Kərimovaya məxsus fermalarda baş verən yanğında xəsarət alan olmasa da, tövlə və içərisində olan ot bağlamaları, 45 baş toyuq-cücə və hər qonşunun tövləyə yığdığı 1 tondan çox taxılı yanaraq külə dönüb.

 

Ev sahiblərinin dediyinə görə, gecə anidən başlayan yanğın getdikcə böyüyüb və mal tövləsinin tamamını bürüyüb. Yanğın zamanı tövlələrdə olan mal-qara çıxarılıb.

 

Dərhal hadisə yerinə Qax Yanğından Mühafizə Hissəsinin 2, Zaqatala YMH-nin 1 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı ümumilikdə 180 kv. m sahədə iki bitişik tövlə, tövlələrə yığılmış 37 ton otdan 18.5 tonu yanıb. Yaxınlıqda olan iki yaşayış evi və bir mal tövləsi yanğından mühafizə olunub.

 

Faktla bağlı araşdırma aparılır.

X

XƏBƏRLƏR
BÖYÜT