Ağdamda "Jiquli" "Hyundai" ilə toqquşdu: 5 yaralı
16:20 – 12 İyul, 2018

Ağdamda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Üçoğlan kəndi ərazisində baş verib.

 

Rövşən Xankişi oğlu  Allahverdiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil qarşıdan gələn “Hyundai” markalı avtomobillə toqquşub. Nəticədə “Jiquli”nin sürücüsü  R.Allahverdiyev və maşında olan nəvəsi, 2008-ci il təvəllüdlü Allahverdizadə Leyla Yalçın qızı, Allahverdiyeva Klara Əbdüləli qızı, Axundov Şamxal Dərgah oğlu və Məmmədov Amil Mobil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı Ağdam Polis Şöbəsinin əməkdaşları araşdırma aparır.

X

XƏBƏRLƏR
BÖYÜT