Azərbaycanın bir hissəsi yenidən işıqsız qalıb
17:26 – 12 İyul, 2018

Ağsu rayonu Bico kəndi ərazisindən keçən yüksək gərginlikli elektrik verilişi xətlərinin altında naməlum səbəbdən baş vermiş yanğın nəticəsində elektrik enerjisi təminatında müəyyən məhdudiyyətlər yaranıb.

 

Bu barədə APA-ya "Azərenerji" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı məlumat verib.

 

Onun sözlərinə görə, yanğın səbəbindən təhlükəsizlik məqsədilə respublikanın bəzi bölgələrinə enerji verilişi dayandırılıb. 

 

Bakı Metropoliteni mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu gün saat 16:10 radələrində elektrik enerjisi kəsildiyindən, Bakı metropoliteninin Bənövşəyi xəttində - "Avtovağzal" və "Memar Əcəmi" stansiyaları arasında qatarların hərəkəti mümkün olmayıb. Stansiyalar sərnişinlər üçün bağlanıb. Saat 16:30-dan gərginlik verilib və qatarların hərəkəti bərpa olunub.

 

X

XƏBƏRLƏR
BÖYÜT