Qəbələdə FHN-in respublika çempionatı başa çatıb
18:17 – 12 İyul, 2018

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları arasında beşnövçülük üzrə keçirilən respublika çempionatına yekun vurulub.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Klubunun və FHN İşçilərinin Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə Mülki Müdafiə Qoşunlarının Qəbələ rayonundakı “N” saylı hərbi hissəsində keçirilən yarışda nazirliyin müxtəlif qurumlarını təmsil edən 16 komandanın tərkibində 80 idmançı iştirak edib.

 

FHN-nin İdman Sağlamlıq Klubunun rəisi, polkovnik Füzuli Musayev, FHN işçiləri Həmkarlar İttifaqının sədri Mehman İsmayılov çıxış edərək ölkəmizdə hər il keçirilən və böyük marağa səbəb olan bu yarışın əhəmiyyətindən, idmanın inkişafı istiqamətində görülən işlərdən, FHN əməkdaşlarının uğurlarından danışıblar.

 

Yarışda FHN-nin İdman Sağlamlıq Klubunun əməkdaşı Rəşad Kəsəmənli qızıl, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin əməkdaşı Məmməd Cəfərzadə gümüş, Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Orxan İsgəndərov bürünc medal qazanıb. Həmçini, əldə etdiyi yaxşı nəticələrə görə FHN Akademiyasının komandası birinci, Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin komandası ikinci, Mülki Müdafiə Qoşunlarının komandası üçüncü yeri tutub. İdmançılara diplom, kubok, medallar və qiymətli hədiyyələr təqdim edilib.

 

Məlumat verilib ki, FHN-nin İdman Sağlamlıq Klubunun təşkilatçılığı ilə ənənəvi olaraq hər il Qəbələdə FHN əməkdaşları arasında səmti müəyyən etmə idman növü üzrə də ölkə çempionatı keçirilir. FHN-nin qurumları arasında keçirilən beşnövçülük Azərbaycan çempionatının uğurla başa çatdığını nəzərə alan yarışların Təşkilat Komitəsi bu idman tədbirini ənənəvi olaraq hər il keçirməyi qərara alıb.

 

X

XƏBƏRLƏR
BÖYÜT