Salyanda mal-qara oğruları tutuldu - İKİSİ QARDAŞDIR
18:22 – 12 İyul, 2018

Salyanda mal-qara oğruları tutulub.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Salyan rayonunun Peyk kənd sakini Abdulla Cəbrayılov rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, ona məxsus fərdi yaşayış evinin tövləsindən 2 baş iribuynuzlu heyvanın oğurlandığını bildirib.

 

Salyan Eayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində tövlədən heyvanları oğurlayan şəxslər müəyyən edilərək saxlanılıb. Bəlli olub ki, rayonun Birinci Varlı kənd sakinləri - Rəşidov Rəşad Rahil oğlu, Rzayev Ramil Əlibaba oğlu və onun qardaşı Rzayev Famil Əlibaba oğlu qabaqcadan əlbir olaraq qrup halında axsam saatlarında Abdulla Cəbrayılovun şəxsi fermasına daxil olub və oradan 2 baş dana oğurlayıblar.

 

Saxlanılan şəxslər barəsində cinayət işi açılıb, araşdırma davam etdirilir.

X

XƏBƏRLƏR
BÖYÜT