Daha bir gənc dənizdə boğulub
03:03 – 13 İyul, 2018

Bakının Sabunçu rayonunda bir nəfər çimərkən dənizdə boğulub.

 

APA TV-nin məlumatına görə, 1998-ci il təvəllüdlü Məmmədov Cavid Rəhman oğlunun dənizdə batması barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat verilib.

 

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri axtarışlara cəlb olunub. C.Məmmədovun axtarışları başa çatıb. Onun meyiti dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

X

XƏBƏRLƏR
BÖYÜT