Fransa və Xorvatiya millilərinin final mübarizəsini portuqaliyalı hakim idarə edəcək
03:30 – 13 İyul, 2018

Futbol üzrə Dünya Çempionatının finalında Fransa və Xorvatiya milliləri arasında keçiriləcək qarşılaşmanın hakimləri təyin olunub.

 

APA TV FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, oyunu argentinalı hakim Nestor Pitana idarə edəcək. Bu işdə ona həmyerliləri Ernan Maydana və Xuan Belatti yan xətt üzrə, hollandiyalı Byorn Kuypers dördüncü hakim qismində köməklik göstərəcək. İyulun 15-də Moskvadakı "Lujniki" stadionunda baş tutacaq final qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

Buna qədər, yəni iyulun 14-də isə "Sankt-Peterburq" stadionunda Belçika və İngiltərə yığmaları üçüncü yer uğrunda üz-üzə gələcək. Bu oyunun hakimliyi isə iranlı Alireza Faqaniyə həvalə olunub.

X

XƏBƏRLƏR
BÖYÜT