Təqsirsizlik prezumpsiyası
19:05 – 10 Mart, 2014

Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyasi hüququ var. Cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə, yəni bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Bəs təqsirsizlik prezumpsiyasi deyiləndə nə nəzərdə tutulur? Qanunda birmənalı şəkildə göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa belə, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyil, əksinə ittiham edən tərəf onun cinayət törətdiyini sübuta yetirməlidir. Konstitusiyaya əsasən, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.

Qonağımız hüquq müdafiəçisi Sahib Məmmədov və hüquqşünas Müzəffər Baxışovdur.

X

XƏBƏRLƏR
BÖYÜT