Qanunsuz sahibkarlıqdan əldə olunan vəsait hara gedir?
18:45 – 21 Aprel, 2014

 

Azərbaycan prezidenti İlham Əliyev aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına  həsr olunmuş iclasında digər məsələlərlə yanaşı  qanunsuz sahibkarlıqla məşğul olanlara, daha dəqiq desək yerüstü parkinq biznesinə nəzarət edən şəxslərə və onlara havadarlıq edənlərə sərt mesaj göndərdi. Dövlət başçısı "Biz bilmirik bu vəsaiti kim yığır və hara gedir" deməklə vergidən yayınmanın olduğunu diqqətə çatdırdı.  Bəs qanunsuz sahibkarlıq fəaliyyətinə görə hansı məsuliyyət nəzərdə tutulur ?

 

Qanunsuz sahibkarlıq dövlətin iqtisadi fəaliyyət sahəsində  yaranmış ictimai münasibətlərinə güclü zərbə endirmə potensialına malik olan, istənilən ölkədə dövlət hakimiyyətinin nüfuzuna böyük  miqyasda zərər yetirən,  ictimai təhlükəli əməllərdən biridir.  Hər hansı bir fiziki və ya  hüquqi şəxs ,  qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində 1000 manatdan aşağı  gəlir əldə edərsə həmin davranış inzibati  hüquq pozuntusu hesab edilir və həmin şəxs barəsində Azərbaycan Respublikası  İXM-nin 199-cu maddəsində nəzərdə tutulan hüquq pozuntusunu törətdiyinə görə inzibati tənbeh  tədbirləri görülür. Studiyada olan  Təhlükəsiz Yol Alyansının koordinatoru   Şahin Camalov və  ekspert  Ərşad Hüseynovla müzakirə edirik.

 

Şahin Camalov hesab edir ki,  dövlətin idarə olunması ücün  bir cox qanunlar var o cümlədən sahibkarlıqda qanunla təmzinlənir .  Qanundan kənar fəaliyyət dedikdə  sahibkarlıq fəaliyyətini

həyata kecirən fiziki və huquqi şəxsin dovlət  qeydiyyatına alınmaması, xususi razılıq (lisenziya)

tələb olunduğu halda belə razılığın əldə olunmaması, lisenziyalaşdırmanın

şərtlərinin pozulması ilə həyata kecirilən sahibkarlıq fəaliyyəti ilə məşğul olursa bu qanunsuz sahibkarlıq hesab edilir.  Əsasən paytaxt ərazisində olan yerüstü parkinqləri buna misal  gətirmək olar: “Milyonlarla vəsait dövlət büdcəsindən yayınır".

 

Ekspert Ərşad Hüseynovun fikrincə, dövlət başçısının toplantıda bildirdiyi irad əslində əlində çubuqla yol tənzimləyənlərdən çox bu şəxslərə müəyyən biznes marağı nəticəsində havadarlıq edənlərə işarə idi: “Bu problemi dərhal həll etmək mümkün olmasa da, müəyyən zaman keçdikdən sonra  bu fəaliyyəti ayrı-ayrı şəxslərin əlindən  almaqla vətəndaşları işlə təmin etmək mümkündür.  Bu həm də vətəndaşın  əmək müqaviləsinin olması, təqaüd təminatı əldə etməsi deməkdir. Bir  sözlə, qanunsuz  sahibkarlıq i ictimai təhlükəli əməllərdən biridir”.

 

 

X

XƏBƏRLƏR
BÖYÜT